“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Samuxda məktəb direktorunun 65 illik yubileyi təntənəli şəkildə qeyd olunub

News Image

Samuxda məktəb direktorunun 65 illik yubileyi təntənəli şəkildə qeyd olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Samux Rayon Komitəsi tərəfindən Samux rayon Seyidlər kənd 1 nömrəli tam orta məktəbinin direktoru İslam Bayramovun 65 illik yubileyi münasibətilə tədbir təşkil olunub.

​Tədbiri giriş sözü ilə açan ETİHİ Samux Rayon Komitəsinin sədri yubilyarı əlamətdar gün münasibətilə təbrik edərək, onun təhsil sahəsindəki çoxillik səmərəli fəaliyyətini, idarəçilik bacarığını və gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərini yüksək qiymətləndirib.

​Tədbirdə məktəbin kollektiv üzvləri də çıxış edərək İslam müəllimlə bağlı ürək sözlərini, xoş xatirələrini bölüşüblər və ona uzunömürlülük, cansaglığı arzulayıblar.

​Sonda ETİHİ Samux Rayon Komitəsi tərəfindən çoxillik fədakar əməyinə görə Yubilyara xatirə hədiyyəsi və təbrik ünvanı təqdim edilib.

Samuxda “7 oktyabr- Ümumdünya Layiqli Əmək Günü” münasibətilə maaraifləndirici tədbirlər keçirilib

News Image

Samuxda “7 oktyabr- Ümumdünya Layiqli Əmək Günü” münasibətilə maaraifləndirici tədbirlər keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin xidmətində olan Samux şəhər 2 və 3 nömrəli, Ziyadlı kənd, Çobanabdallı kənd, Yuxarı Ağasıbəyli kənd, Qaraağaclı qəsəbə, Füzuli kənd, Sərkar kənd, Lək kənd, Əhmədbəyli kənd, Seyidlər kənd və Alıuşağı kənd tam orta məktəblərində “7 oktyabr- Ümumdünya Layiqli Əmək Günü” münasibətilə maaraifləndirici tədbirlər keçirilib.

Tədbirdə məktəblərin ilk həmkarlar komitəsinin sədrləri, işəgötürənlər və müəllimlər omaqla məcburi əmək və onun formaları, habelə məcburi əməyin qarşısının alınması, işə qəbul, vəzifədə irəli çəkilmə, əmək şəraitinin dəyişdirilməsi və işdən azad edilmə zamanı ailə vəziyyətinə görə ayrı-seçkiliyin qarşısının alınması, təhsil alan yetkinlik yaşına çatmayanların əmək fəaliyyətinə cəlb olunması zamanı onların təhsil hüquqlarının qorunması, uşaqların sağlamlığına və təhlükəsizliyinə zərər vura biləcək işlərə cəlb olunmasının qarşısının alınması və.s məsələlər müzakirə edilmişdir.


Gəncədə Beynəlxalq Müəllimlər Günü təntənəli şəkildə qeyd olunub

News Image

Gəncədə Beynəlxalq Müəllimlər Günü təntənəli şəkildə qeyd olunub

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon, şəhər Komitələrinin dəstəyi ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təntənəli tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə giriş sözü ilə çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov qonaqları salamlayaraq bütün pedaqoji kollektivi peşə bayramı münasibətilə təbrik edib. İdarə müdiri dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək, regionda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatları vurğulayıb. O, gənc nəslin formalaşmasında fədakar müəllimlərin əvəzsiz rolu olduğunu bildirib.

Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin baş müşaviri Pərvanə İsmayılova çıxış edərək təhsil işçilərinin hüquq və mənafelərinin qorunmasının, həmçinin onların sosial rifahının diqqətdə saxlanılması istiqamətində görülən işlərdən danışıb. O, müəllimlərin peşə fəaliyyətində göstərdikləri fədakarlığın xüsusi əhəmiyyət daşıdığını qeyd edərək kollektivi təbrik edib.

Tədbirin davamında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən təltif olunan bir qrup təhsil işçisinə mükafatlar təqdim edilib

Müəllim əməyinə verilən dəyər

News Image

Müəllim əməyinə verilən dəyər


Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi təltif edilib.

Samux rayonu üzrə təltif olunan təhsil işçilərini təqdim edirik.

“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə:

Ağəmmədova Mehmanə Elxan qızı — Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin ibtidai sinif müəllimi

Həmzəyeva Xanım Fazil qızı - Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunanlar

Qocayev Anar Muraz oğlu — Samux rayonu Burunqovaq kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


Təhsilin inkişafına töhfə verən, gələcək nəsillərin yetişdirilməsində əməyi olan bütün müəllimlərimizi təbrik edir, onlara peşə fəaliyyətlərində yeni uğurlar arzulayırıq

Samuxda Beynəlxalq Müəllimlər Günü təntənəli şəkildə qeyd olunub

News Image

Samuxda Beynəlxalq Müəllimlər Günü təntənəli şəkildə qeyd olunub

​Samux rayon təhsil sektorunun təşkilatçılığı və Elm vər Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Samux Rayon Komitəsinin dəstəyi ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə geniştərkibli təntənəli tədbir keçirilib.

​Tədbirdə rayonun təhsil həyatında xüsusi xidmətləri olan, hal-hazırda təqaüddə olan əməkdar müəllimlər, eləcə də ötən tədris ilində dərslərin keyfiyyətinin yüksəldilməsi, yüksək akademik nailiyyətlər və səmərəli pedaqoji fəaliyyəti ilə fərqlənən 200 nəfərdən artıq təhsil işçisi iştirak edib.

​Tədbirdə çıxış edənlər müəllim peşəsinin cəmiyyətdəki ali yerindən, ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısından və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında pedaqoqların müstəsna rolundan bəhs ediblər. Qeyd olunub ki, pedaqoji fəaliyyətdə qazanılan hər bir uğur müəllimlərimizin yorulmaz zəhmətinin və peşəsinə olan sədaqətinin bariz nümunəsidir.

​Tədbirin rəsmi hissəsində təlim-tərbiyə prosesində fərqlənən və fədakar əməyi ilə seçilən 180 nəfər müəllimə xatirə hədiyyələri təqdim olunub.

Uzun illər rayon təhsilinin inkişafına töhfə vermiş veteran və əməkdar müəllimlərə xüsusi ehtiram ifadə edilərək, onların təcrübəsinin gənc pedaqoqlar üçün örnək olduğu vurğulanıb.

​Tədbir bədii hissə ilə yekunlaşıb.

Uşaq bağçalarında təhsil işçiləri ilə görüş

News Image

Uşaq bağçalarında təhsil işçiləri ilə görüş

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil müəssisələrində çalışan müəllimlərlə silsilə görüşlər davam etdirilir.

Növəti tədbir Samux rayon Qovlarsarı kənd və Qaraarx qəsəbə uşaq bağçalarında təşkil olunub.

ETİHİ Samux Rayon Komitəsi təhsil işçiləri ilə görüşərək rəhbərliyin bayram təbriklərini çatdırıb, təhsilin inkişafında, gənc nəslin formalaşmasında və cəmiyyətin tərəqqisində nailiyyətlər arzulayıb.

İstixana kənd ümumi orta məktəbində müəllimlərlə görüş

News Image

İstixana kənd ümumi orta məktəbində müəllimlərlə görüş

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil müəssisələrində çalışan müəllimlərlə silsilə görüşlər davam etdirilir.

Növəti tədbir Samux rayon İsixana qəsəbə ümumi orta məktəbində təşkil olunub.

ETİHİ Samux Rayon Komitəsi müəllimlərlə görüşərək rəhbərliyin bayram təbriklərini çatdırıb, təhsilin inkişafında, gənc nəslin formalaşmasında və cəmiyyətin tərəqqisində yorulmaz fəaliyyət arzulayıb.

Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirlər rayonun digər təhsil müəssisələrində davam etdirilir.

Müəllimlər Günü ilə bağlı tədbirlər davam edir

News Image

Müəllimlər Günü ilə bağlı tədbirlər davam edir

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil müəssisələrində çalışan müəllimlərlə silsilə görüşlər davam etdirilir.

Növəti tədbir Samux rayon Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbində təşkil olunub.

ETİHİ Samux Rayon Komitəsi müəllimlərlə görüşərək rəhbərliyin bayram təbriklərini çatdırıb, təhsilin inkişafında, gənc nəslin formalaşmasında və cəmiyyətin tərəqqisində onların mühüm rolunu vurğulanıb.

Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirlər rayonun digər təhsil müəssisələrində davam etdirilir.

Ucqar kənd məktəblərində müəllimlərlə görüş keçirilib

News Image

Ucqar kənd məktəblərində müəllimlərlə görüş keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə respublikanın müxtəlif bölgələrində çalışan müəllimlərlə silsilə görüşlər keçirir.

Bu çərçivədə ilk tədbir Samux rayon Tatlı kənd ümumi orta məktəbində təşkil olunub.

ETİHİ Respublika Komitəsinin baş müşaviri, katibi Pərvanə xanım İsmayılova müəllimlərlə görüşərək rəhbərliyin bayram təbriklərini çatdırıb, təhsilin inkişafında, gənc nəslin formalaşmasında və cəmiyyətin tərəqqisində onların mühüm rolunu vurğulayıb.

Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirlər rayonun digər təhsil müəssisələrində davam etdirilir.

Samuxda “Anım Günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilib

News Image

Samuxda “Anım Günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilib

27 sentyabr 2026-cı il tarixində Samux şəhərində, Samux Şəhidləri Kompleksinin önündə 27 Sentyabr – Anım Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil işçiləri, şəhid ailələri, müharibə iştirakçılaı və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad ediblər. Şəhidlərin ruhlarına hörmət əlaməti olaraq Samux Şəhidləri Kompleksinin önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi ehtiramla anılıb.

Saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Samux şəhər 3 nömrəli tam orta məktəbin ilk həmkarlar təşkilatına yeni sədr seçilib

News Image

Samux şəhər 3 nömrəli tam orta məktəbin ilk həmkarlar təşkilatına yeni sədr seçilib

Samux şəhər 3 nömrəli tam orta məktəbin ilk həmkarlar təşkilatında növbədənkənar sədr seçkisi keçirilib.

​Seçki məktəbin ilk həmkarlar ittifaqı təşkilatının sədri Məmmədova Səlminə Cəmil qızının 65 yaşının tamam olması və əmək fəaliyyətinə xitam verilməsi ilə əlaqədar təşkil olunub.

Seçkidə məktəbin həmkarlar ittifaqı üzvlərinin iştirakı və açıq səsvermə yolu ilə Hüseynova Ruhiyyə Romik qızı məktəbin ilk həmkarlar ittifaqı təşkilatının sədri seçilib.

Görüş zamanı həmkarlar təşkilatı tərəfindən üzvlərin rifahının yüksəldilməsi, sosial təminatının gücləndirilməsi, hüquqlarının müdafiəsi, sağlamlıq, istirahət, təlim və digər istiqamətlərdə həyata keçirilən layihələr, yaradılan imkanlar və görülən işlər barədə geniş təqdimat edilib.

İttifaq üzvləri ilə görüş keçirilib.

News Image

İttifaq üzvləri ilə görüş keçirilib.

Samux rayon Alabaşlı qəsəbə tam orta məktəbin ilk həmkarlar təşkilatında növbədənkənar sədr seçkisi keçirilib.

​Seçki məktəbin ilk həmkarlar ittifaqı təşkilatının sədri Məmmədova Natella Kamil qızının 65 yaşının tamam olması və əmək fəaliyyətinə xitam verilməsi ilə əlaqədar işdən ayrılması səbəbindən təşkil olunub.

Seçkidə məktəbin həmkarlar ittifaqı üzvlərinin iştirakı və açıq səsvermə yolu ilə Mahmudova Samirə Vaqif qızı məktəbin ilk həmkarlar ittifaqı təşkilatının sədri seçilib.

​Görüşdə iştirak edən ETİHİ Samux Rayon Komitəsinin sədri təşkilat tərəfindən görülən işlər, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin, "AHİK+" mobil tətbiqinin təqdim etdiyi güzəştlər, imkanlar və tətbiqdən istifadə qaydaları iştirakçıların diqqətinə çatdırılıb, onları maraqlandıran suallar cavablandırb.